“Qarabağ”ın “Marsel” ilə ilk oyunundan sonra rəqibin gücü hamımıza məlum oldu. Amma buna baxmayaraq “Qarabağ” ilk hissədə ürəkaçan səviyyədə çıxış etdi. Hücumların təşkilinə, qol imkanlarının yaradılmasına nəzər salsaq, görərik ki, komanda layiqli mübarizə apardı”.
Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Qol.az saytına açıqlamasında “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə bu gün Bakıda keçirəcəyi cavab matçı barədə danışarkən deyib. O, Ağdam təmsilçisinin ilk matçda məğlub olmasına baxmayaraq (1:3), yaxşı mübarizə apardığını və doğma meydanda sərfəli nəticə qazana biləcəyini qeyd edib:
“Belə qənaətə gəlmək olar ki, ilk oyunda görüşün birinci hissəsi “Qarabağ”ın üstünlüyü ilə keçmişdi. Ən azından “Qarabağ”ın 2 dəfə 100 faizlik qol imkanı oldu. Sadəcə olaraq belə vəziyyətlərdə ya rəqibin qapıçısı möhtəşəm qurtarışlar edirdi, ya da futbolçularımızın bir az dəqiqliyi çatmırdı. Məncə, cavab oyununda da bizim “Marsel”ə qol və ya qollar vurmaq şansımız var. Sadəcə çox diqqətli olmaq lazım gələcək. Çünki “Qarabağ” 2 qol vursa, oyunu əlavə olunmuş vaxta və penaltilər seriyasına qədər uzada bilər. Bu baxımdan ilk hissədə mütləq 1 qol vurmaq məcburiyyətindəyik. Amma bunun üçün də daha böyük qüvvə ilə irəliyə atılmalısan. Lakin belə anlarda “Marsel”in də gücünü və usta oyunçularını nəzərə almaq lazımdır. Çünki onlar “Qarabağ”ın hücumu zamanı yarana boşluqlardan məharətlə istifadə edə bilərlər. Müdafiədə cüzi olsa belə, səhvlərə yol verməmək lazımdır. “Marsel”in futbolçuları ən xırda səhvlərdən yararlanmaq keyfiyyətində olan oyunçulardır. Hesab edirəm ki, “Qarabağ” balanslı şəkildə hücum etmək məcburiyyətindədir. Yəqin ki, texniki heyət – baş məşqçi Qurban Qurbanov və onun köməkçiləri oyunun başlanğıcında topa nəzarətin özlərində olmasını istəyəcəklər. Belə olan halda “Qarabağ” oyunun tempini dəyişə, qol imkanları yarada, öz cərimə meydançasını təhlükəsiz vəziyyətdə saxlaya bilər. Məncə, “Qarabağ” bunun öhdəsindən gələcək gücə malikdir. Sözsüz ki, böyük azarkeş dəstəyi “Qarabağ”ı üstün tərəf edir. Müdafiədə səhvlər buraxmasaq, matçı əlavə vaxta qədər apara bilərik. “Qarabağ” buna qadirdir.”
Aslan Kərimov qarşılaşmadan öncə “Qarabağ”ın heyətindəki itkilər barədə də danışıb:
“İlk oyundan əvvəl də bilirdik ki, “Qarabağ”ın heyətində itkilər var. Yarımmüdafiəçi Xayme Romero, qapıçı Şahruddin Məhəmmədəliyev kimi futbolçular yoxdur. Amma məncə, Romeronun yoxluğu ilk matçda hiss olunmadı. Onun əvəzinə meydana daxil olan oyunçular yaxşı çıxış edirdi. Yəni demək olmaz ki, Romero oynayanda “Qarabağ” daha kəskin hücumlar edirdi, amma indi bacarmır”.
Kərimov klubun yeni transferi – qapıçı Luka Quqeşaşvilinin “Marsel”lə ilk matçdakı çıxışı barədə də fikirlərini bölüşüb. O, gürcüstanlı qolkiperin ustalıq səviyyəsinin aşağı olmadığını və onun cavab qarşılaşmasında yaxşı oyun sərgiləyə biləcəyini deyib:
“Qapıçı mövqeyi həmişə mübahisəlidir. Luka Quqeşaşvilinin ustalıq səviyyəsinə şübhə etmirəm. Amma bu cür beynəlxalq səviyyəli görüşlərdə, “Marsel” kimi klublara qarşı matçlarda oyun təcrübəsinin az olması səhvlər etməsi ilə nəticələnirdi. Lakin məncə, “Qarabağ” elə Luka Quqeşaşvilini meydana çıxarmaqla da oyunu öz tərəfinə çevirə bilər. Qapıçı problemi həlledici bir mövqedir. Rəqibin künc zərbələrinin nə qədər təhlükəli olduğunu, standart vəziyyətdən qol vurduğunu da bilirik. Bu baxımdan Lukanın üzərinə çox yük düşəcək. Məncə, Quqeşaşvilinin psixoloji cəhətdən hazırlanması lazım gələcək. Çünki onun ustalığı, texnikası o qədər də aşağı səviyyədə deyil. Ümid edirəm ki, “Qarabağ” Quqeşaşvilini psixoloji olaraq “Marsel”lə oyuna hazır edə biləcək”.
Mütəxəssis son olaraq “Qarabağ”ın “Marsel” qarşısında güclü və zəif tərəflərindən də danışıb:
“Qarabağ”ın “Marsel” ilə oyunda üstünlüyü komandanın topa nəzarət etməyi yaxşı bacarmasıdır. “Qarabağ”ın heyətində texnikalı futbolçular çoxdur. Məni narahat edən məqam isə “Qarabağ”ın əks-hücumlara reaksiyasıdır. Komandamız rəqibin əks-hücumu zamanı çətinlik yaşaya bilər. Fikrimcə, standart vəziyyətlər zamanı da ehtiyatlı olmalıyıq”.
Nur ZEYNALOVA
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"