“Tottenhem”in baş məşqçisi Antonio Konte komandanın uğursuzluqlarına görə klubdan ayrılmağa hazırdır.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə 52 yaşlı mütəxəssis ötən gecə İngiltərə Premyer Liqasının 13-cü turunun təxirə salınmış görüşündən - “Bernli”yə uduzduqları matçdan (0:1) sonra açıqlamasında danışıb. O, London klubunun rəhbərliyinin onun haqqında qiymətləndirilmə aparmalı olduğunu deyib:
“Tottenhem”ə vəziyyəti düzəltmək üçün gəlmişdim, amma son 5 oyundan 4-də uduzmuşuq. Durumumuzu düzəltmək üçün əlimizdən gələni edirik, lakin bacarmırıq. Mən dürüst bir insanam. Azarkeşlərimizdən üzr istəyirəm. Klub mənim haqqımda bir dəyərləndirmə aparmalıdır. Düzgün olan budur”.
Qeyd edək ki, “Tottenhem” hazırda Premyer Liqanın turnir cədvəlində 39 xalla 8-cidir.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər