"Qarabağ"a qarşı ən yaxşı oyunumuzu göstərmək istəyirik. "Klermon"a qarşı son çempionat matçındakı məğlubiyyəti öz aramızda danışmışıq. Hər oyundakı nəticələrdən sonra azarkeşlər buna reaksiya göstərir. Biz bütün matçlarda qələbə qazanmağa çalışırıq ki, azarkeşlərin gözündə hörmətimizi saxlayaq. Amma uduzanda məyus oluruq. Futbolçular bir-birinə dəstək olmağa çalışır. Sabahkı görüşə də yaxşı köklənmişik. Meydana qələbə üçün çıxacağıq".
Qol.az xəbər verir ki, bu sözləri "Marsel"in futbolçusu Bubakar Kamara Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
O deyib ki, Bakıda məğlub olsalar, fanatlar bunu çox pis qarşılayar: "Amma bu barədə düşünmürük, oyuna hazırlaşırıq. Ümid edirik ki, mərhələni adlayacağıq, hər şey onlar üçün də, bizim üçün də yaxşı qurtaracaq.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər