Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”sunu bu həftə 2 vacib oyun gözləyir.
Qol.az xəbər verir ki, Xorvatiya təmsilçisi ilk olaraq sabah Avropa Liqasının 1/16 finalında “Sevilya”nı qəbul edəcək. Bu komandaların ilk görüşündə ispanlar qələbə qazanıblar – 3:1.
Daha bir önəmli qarşılaşma isə fevralın 27-də səfərdə zaqreblilərin ən yaxın izləyiciyisi “Osiyek”ə qarşı olacaq. Bu, liderlik və çempionluq yolunda vacib matç sayılır. 23 oyundan ehtiyatında 50 xalı olan “Dinamo” 1-ci, 24 matçdan 49 xal toplayan “Osiyek” isə 2-ci yeri tutur.
Bəs, bu görüşlərdə Mahirin iştirakı gözlənilirmi?

Emreli ötən həftə “Sevilya” ilə görüşdə sonradan meydana daxil olmaqla debüt edib. Həftə sonu isə “Lokomotiva” ilə yerli çempionat oyununda isə o, sonadək ehtiyatda qalıb. Lakin Xorvatiya mətbuatı yazır ki, baş məşqçi Jelko Kopiç qarşıdakı görüşlərdə Mahiri əsas heyətin oyunçusu kimi görür.
“Jutarnji List” nəşrinin fikrincə, Kopiçin 3-5-2 sistemində yarımmüdafiədə Ristovski-Qoyak-Mişiç-Bulat-Boçkay, hücumda isə Orşiç və Petkoviçə yer verilməsi düşünülür.
“Amma daha bir sxem 3-4-2-1-dir. Bu sxemdən baş məşqçi “Lokomotiva” ilə görüşdə istifadə edib. Əgər həmin sistemdən yenə istifadə olunsa, Bulat və Petkoviç yarımmüdafiədə çıxış edəcək, hücumda isə Orşiç və Emreli oynayacaq. Bəli, Kopiç tam ciddiyyətlə Azərbaycan millisinin hücumçusu Mahir Emrelini ilk dəqiqədən hücumçu kimi meydana buraxmağı düşünür. Qarşıdakı görüşlərdə hücum sxemi olan 3-4-3 də istisna edilmir. Bu halda Bulat yarımmüdafiədə, Emreli, Petkoviç və Orşiç isə hücumda oynayacaq” – deyə yazıda qeyd edilir.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər