"Barselona"ya qayıtmaq üçün hər şey etdim, amma bacarmadım"

"Barselona"ya qayıtmaq üçün hər şey etdim, amma bacarmadım"
XƏBƏR 22 Fevral 2022 / 22:46 4097
-  A +

PSJ-nin hücumçusu Neymar 2019-cu ildə "Barselona"ya qayıtmaq istədiyini etiraf edib.

Qol.az xəbər verir ki, 30 yaşlı futbolçu "Mundo Deportivo"ya açıqlamasında Kataloniya təmsilçisinə geri dönmək üçün hər şey etdiyini, lakin alınmadığını bildirib:

"Barselona"ya qayıtmaq istəyirdim. Bunun üçün hər şey etdim, amma bacarmadım. Nəhayət Lionel Messinin PSJ-yə gəlmə şansı yarandı. Onun burada olmağına görə çox xoşbəxtəm".

Qeyd edək ki, braziliyalı oyunçu 2013-2017-ci illərdə "Barselona"da çıxış edib.


Son xəbərlər
topaz banner