Çinin paytaxtı Pekində keçirilən 24-cü Qış Olimpiya Oyunları bağlanış mərasimi olub.
Qol.az xəbər verir ki, yarışın bağlanış mərasimi Pekin Milli Stadionunda yalnız yerli azarkeşlərin iştirakı ilə gerçəkləşib.
Pekin-2022 Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayıb. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapıb. Norveç medal sayında və əyarında bütün ölkələri qabaqlayıb. Skandinaviya təmsilçisi Oyunları 37 medalla (16 qızıl, 8 gümüş, 13 bürünc) başa vurub.
12 qızıl, 10 gümüş və 5 bürünc medal əldə edən Almaniya yığması 2-ci yeri tutub. Medal sayına görə isə bu pillədə Rusiya Olimpiya Komitəsi (32) qərarlaşıb. Medal əyarında 3-cü yerə 9 "qızıl", 4 "gümüş" və 2 "bürünc"lə ev sahibi Çin sahib çıxıb.



Mirça Luçesku vəfat etdi
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı