“Mançester Siti”yə qalib gəlmək əladır” – Konte

“Mançester Siti”yə qalib gəlmək əladır” – Konte
XƏBƏR 20 Fevral 2022 / 15:24 2302
-  A +

“Əlbəttə, oyun emosiyalarla dolu idi. Yaxşı matç oldu. “Mançester Siti” oyunun 65-70 dəqiqəsində topa sahib idi".

Qol.az xəbər verir ki, bu sözləri “Tottenhem”in baş məşqçisi Antonio Konte Premyer Liqanın 26-cı turunda “Mançester Siti”ni məğlub etdikləri oyundan sonra açıqlamasında deyib.

İtaliyalı mütəxəssis 3:2 hesablı qələbəni belə şərh edb: "Müdafiə olunarkən belə, ilk növbədə hücumu düşünməliyik. Fantastik komandaya qarşı şanslar yaratdıq və gözəl qollar vurduq. Bu qələbə bizə inam verəcək. Ardıcıl üç məğlubiyyətdən sonra “Mancester Siti” ilə oynamaq asan olmadı".

Konte 90+6-cı dəqiqədə qələbə qolunu vuran Harri Keyni də fərqlənidirb: "O, bizim üçün çox vacib oyunçudur. Bu gün hücumçularımız çox yaxşı oynadılar. Ancaq bir qələbə kifayət deyil. Unutmayaq ki, bundan əvvəl ardıcıl üç məğlubiyyətimiz olmuşdu. Amma “Mançester Siti”yə qalib gəlmək əladır”.


Son xəbərlər
topaz banner