"Roman Bask "Neftçi"yə qayıtmaq istəsə..."

"Roman Bask "Neftçi"yə qayıtmaq istəsə..."
XƏBƏR 19 Fevral 2022 / 20:23 3708
-  A +

"Neftçi"nin baş məşqçisi Samir Abasov qış fasiləsində komandadan ayrılan Romen Baskın “başqa baş məşqçinin rəhbərliyi altında “Neftçi”də yenidən oynaya bilərəm” fikrinə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 16-cı turunda "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri matçda sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib: 

“Romen Bask qayıtmaq istəsə, böyük məmnuniyyətlə onu qəbul edərəm. Çox bəyəndiyim, xoşladığım oyunçudur. Bir neçə mövqeyi layiqincə bağlayan, orada oynamağı bacaran futbolçudur. O ki qaldı mənim barəmdə dediyi fikirlərə, hamı səni tərifləməli deyil. Onun öz fikirləri var. Baskın vaxtında orta sahədə Mamadu Kane, Sabir Buqrin, Emin Mahmudov var idi. Onu gətirəndə bilirdik ki, Kane qışda və ya yayda gedəcək. Baskı buna görə hazırlayırdıq. Tələskənliyi də normaldır, oynamaq istəyir. “Havr”ın kapitanı idi, mütəmadi oynamaq istəyirdi. Ancaq Azərbaycan çempionatının ən yaxşı orta sahə oyunçuları olan komandaya gəlmişdi. Biz də dəyişmək istəmirdik. Onun maliyyəsi və digər məsələlər imkan verərsə, yayda məmnuniyyətlə gəlişinə razı olaram”.


Son xəbərlər
topaz banner