"Komandanı ağır oyuna hazırlamışdıq" - Elmar Baxşıyev

"Komandanı ağır oyuna hazırlamışdıq" - Elmar Baxşıyev
XƏBƏR 19 Fevral 2022 / 17:49 1398
-  A +

“Oyunun çətin keçəcəyini bilirdik. “Səbail” sonuncu yerdə qərarlaşmasına baxmayaraq, həmişə təhlükə olaraq qalır. Bu rəqib meydanda sürpriz edə biləcək gücdədir. Komandanı ağır oyuna hazırlamışdıq. Bilirdik ki, qalib gəlmək üçün oyuna maksimum köklənməliyik. Düşünürəm ki, futbolçular verilən tapşırıqları yerinə yetirdi və layiqli qələbə qazandıq. Asif Məmmədov ən önəmli futbolçulardan biridir. Bütün oyunlarda da iştirak edib".

Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 16-cı turunda "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bugünkü matçda həm taktiki, həm istirahət baxımdan onu qorumaq istədik. Zədəsi çox ciddi deyil, mikrozədədir. İnanırıq ki yaxın günlərdə komanda ilə məşqlərə qoşulacaq. Ümumi götürsək ilk yarıda da 4-5 real qol imkanımız oldu. Onları dəyərləndirsəydik, fərqli oyuna baxardıq. Amma futboldur, hər imkandan yararlanmaq mümkün deyil. İstədiyimi meydanda görürdüm. Komanda meydançada nə etmək istədiyini göstərirdi” - deyə o bildirib. 


Son xəbərlər
topaz banner