38 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlandı

38 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlandı
XƏBƏR 18 Fevral 2022 / 16:30 3078
-  A +

Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu futbolçusu Makoto Hasebe ilə müqaviləni uzadıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2027-ci ilədək nəzərdə tutulub.

Yaponiya millisinin sabiq üzvü 2022/2023 mövsümünün sonunadək komandada çıxış edəcək. O, daha sonra karyerasını bitirərək, klubun məşqçilər heyətinə daxil ediləcək.

Qeyd edək ki, Makoto Hasebe "Ayntraxt"da 2014-cü ildən çıxış edir.


Son xəbərlər
topaz banner