"Qarabağ"a 2 qol vuran futbolçu həftənin oyunçusu adına namizəddir

"Qarabağ"a 2 qol vuran futbolçu həftənin oyunçusu adına namizəddir
XƏBƏR 18 Fevral 2022 / 09:20 1022
-  A +

Konfrans Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Qol.az xəbər verir ki, "Qarabağ"la oyunda dubl edən "Marsel"in hücumçusu Arkadiuş Milik 4 namizəddən biridir. 

Patson Daka ("Lester", İngiltərə), Yoel Andersen ("Midtüllan", Danimarka) və Uqo Vetlesen ("Budyo Qlimt", Norveç) digər namizəd oyunçulardır.

Qalibin adına UEFA-nın rəsmi saytında keçirilən sorğu nəticəsində aydınlıq gələcək.


Son xəbərlər
topaz banner