Türkiyə millisinin üzvü İspaniyada ən yaxşı seçildi

Türkiyə millisinin üzvü İspaniyada ən yaxşı seçildi
XƏBƏR 17 Fevral 2022 / 19:35 2869
-  A +

İspaniyanın "Xetafe" klubunda yanvar ayının ən yaxşı oyunuçusu məlum olub.

Qol.az xəbər verir ki, ötən ayın ən yaxşısı Türkiyə millisinin hücumçusu Enes Ünal seçilib. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Enes Ünal yanvar ayında "Xetafe"nin heyətində meydana çıxdığı 4 oyunda 2 qol vurub. O, noyabr ayının da ən yaxşı oyunçusu seçilmişdi.


Son xəbərlər
topaz banner