“Real” Ançelottinin qarşısına şərt qoydu

“Real” Ançelottinin qarşısına şərt qoydu
XƏBƏR 17 Fevral 2022 / 15:44 5666
-  A +

“Real” bu mövsüm Çempionlar Liqasında mübarizəni dayandırsa, baş məşqçisi Karlo Ançelottini istefaya göndərəcək. 

Qol.az xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb. Xəbərdə qeyd olunub ki, klub rəhbərliyi artıq Ançelottinin əvəzləyicisini də tapıb. Onlar baş məşqçi vəzifəsinə PSJ-nin çalışdırıcısı Maurisio Poçettinonu gətirməyi planlaşdırırlar. 

Maraqlıdır ki, “Real”ın Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibi də məhz PSJ-dir. Komandalar arasında ilk görüş Paris klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu isə martın 9-u Madriddə olacaq.  

Qeyd edək ki, Ançelotti ötən ildən “Real”a baş məşqçilik edir. Onun komandası hazırda La Liqanın turnir cədvəlində 54 xalla 1-cidir. 


Son xəbərlər
topaz banner