Azərbaycanlı futbolçu Nepal çempionu oldu

Azərbaycanlı futbolçu Nepal çempionu oldu
XƏBƏR 17 Fevral 2022 / 12:15 5492
-  A +

Azərbaycanlı hücumçu Nurlan Novruzovun çıxış etdiyi “Maçhindra” ilə  Nepal çempionu olub.

Qol.az xəbər verir ki, komanda “Satdobato"ya 1:0 hesabı ilə qalib gəlib və yarışın bitməsinə 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Görüşdə yeganə qolu N.Novruzov vurub.

Bundan başqa, 28 yaşlı hücumçu turnirin ən dəyərli oyunçusu seçilib.


Son xəbərlər
topaz banner