İnzaqi məğlubiyyətə layiq olmadıqlarını düşünür

İnzaqi məğlubiyyətə layiq olmadıqlarını düşünür
XƏBƏR 17 Fevral 2022 / 11:28 3722
-  A +

"İnter"in baş məşqçisi Simone İnzaqi İtaliya Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"a uduzduqları ilk matç(0:2) haqda fikirlərini bildirib.

Qol.az xəbər verir ki, 46 yaşlı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında  sərgilədikləri oyuna görə futbolçuları ilə fəxr etdiyini deyib:

“Belə məğlubiyyətdən sonra söz tapmaq çətindir. Futbolçuların bu axşamkı çıxışı ilə fəxr edirəm. Xüsusilə, ikinci hissənin ilk 25 dəqiqəsində çox yaxşı oyun keçirdik. Bu zaman açıq-aşkar qola layiq idik. Futbolda fərqi yaradan kiçik detallardır. Firminonun baş zərbəsi oyunda hər şeyi dəyişdi. Bununla belə, bu çıxış bizdə inam yaratmalıdır. Çünki gözəl oyun keçirdik. Uduzmağa layiq deyildik, amma bu, futboldur. Düşünürəm ki, Avropanın ən yaxşı komandalarından birinə qarşı gözəl oyun göstərdiyimiz üçün fəxr edə bilərik. “San Siro” bu axşam əla idi, azarkeşlər bizi əvvəldən sona qədər dəstəklədilər. Üzr istəyirəm ki, onlara hamımızın istədiyi nəticəni verə bilmədik. Amma düşünürəm ki, qarşılaşdığımız rəqibləri nəzərə alsaq, yəqin ki, mövsümdəki ən yaxşı oyunumuzu göstərdik”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 8-i İngiltərədə keçiriləcək.


Son xəbərlər
topaz banner