Mahirlə birlikdə döyülmüş futbolçu da "Legiya"dan ayrıldı

Mahirlə birlikdə döyülmüş futbolçu da "Legiya"dan ayrıldı
XƏBƏR 16 Fevral 2022 / 21:34 12227
-  A +

"Legiya"da Mahir Emreli ilə birlikdə azarkeşlərin hücumuna məruz qalmış Lukinyas da Polşa klubundan ayrılıb.

Qol.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ABŞ-ın "Nyu-York Red Bulls" klubuna keçib. 

Bu barədə MLS təmsilçisinin rəsmi saytı xəbər yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. 

Xatırladaq ki, ötən ilin dekabrında Polşa çempionatının 28-ci turunda Plotsk "Visla"sına məğlubiyyətdən sonra azarkeşlər komandanın avtobusuna girərək Mahir Emreli və Lukinyası döyüblər. Bundan sonra millimizin hücumçusu "Legiya"dan ayrılaraq Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.


Son xəbərlər
topaz banner