Həbs cəzası alan məşhur hücumçu İtaliyaya gətirilir

Həbs cəzası alan məşhur hücumçu İtaliyaya gətirilir
XƏBƏR 16 Fevral 2022 / 20:52 8915
-  A +

Milan Baş Prokurorluğu Braziliya millisinin sabiq futbolçusu Robinyonun ölkəyə gətirilməsi üçün İtaliya Ədliyyə Nazirliyinə müraciət edib.

Qol.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Prokurorluq 38 yaşlı veteran hücumçunun 9 il müddətinə azadlıqdan məhrum edilməsi qərarını təsdiqləməsindən sonra lazımi sənədləri toplayaraq nazirliyə göndərib.

Qeyd edək ki, Robinyo və daha 5 nəfər 22 yaşlı albaniyalı xanıma qrup şəklində təcavüz edib. Hadisə 2013-cü il yanvarın 22-də Milanda baş verib. Lakin həmin vaxt "Milan" klubunda çıxış edən "sambaçı" günahını etiraf etməyib.


Son xəbərlər
topaz banner