Şefer: «Azərbaycanın ən güclü komandasına qalib gəldik»

Şefer: «Azərbaycanın ən güclü komandasına qalib gəldik»
ÖLKƏ FUTBOLU 13 Noyabr 2010 / 18:30 2634
-  A +

«Bakı» klubunun baş məşqçisi Vinfrid Şefer «Qarabağ» üzərindəki qələbəylə bağlı fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında almaniyalı mütəxəssis rəqibi məğlub etdiklərindən məmnun olduğunu söyləyib. «Komandam yaxşı oynadı. Biz bu gün Azərbaycanın ən güclü komandasını məğlub etdik. Birinci hissədə qapımızı toxunulmaz saxlamağımız bizim üçün daha yaxşı oldu. İkinci hissədə isə çox şansımız olsa da, istifadə edə bilmədik. Yenə də qalib gəldiyimiz üçün çox sevinirik. Qarşıdakı oyunlara daha ciddi yanaşacağıq» - deyə Şefer bildirib.
Xatırladaq ki, Unibank Premyer Liqasının bu gün keçirilən 13-cü turunun «Bakı» - «Qarabağ» oyunu 2:0 hesabı ilə yekunlaşıb.  

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda