De Byazi “Qarabağ”ın oyunundan danışdı

De Byazi “Qarabağ”ın oyunundan danışdı
XƏBƏR 16 Fevral 2022 / 01:05 4444
-  A +

“Qarabağ”ın 6 futbolçusu Azərbaycan yığmasında əsas heyət üzvüdür. Onlar millinin oyununa əhəmiyyətli dərəcədə töhfə verənlərdir. Uzun illərdir ölkə çempionatının zirvəsindədirlər. "Qarabağ" yerli oyunçulara sərmayə qoyan klubdur. Fikrimcə, “Qarabağ”ı "Marsel"lə ev oyununda 30-40 min azarkeş dəstəkləyəcək” (Redaksiyadan - Əslində mövcud pandemiya qaydalarına əsasən, "Tofiq Bəhramov" stadionun tutumunun 50 faizi həcmində - maksimum 15 min azarkeş)

Qol.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlamasında deyib.

Ağdam təmsilçisi Konfrans Liqasının pley-off mərhələsində fevralın 17-i "Marsel"in qonağı olacaq, 1 həftə sonra isə Bakıda rəqibini qəbul edəcək.
 
Milli komandada haqda da danışan italiyalı mütəxəssis işi ilə əlaqədar Bakıda qalmalı olduğunu söyləyib: “Yığmanın əksər üzvləri yerli çempionatda çıxış etdiyindən onların məşqlərini və oyunlarını izləyirəm. Millətlər Liqasının matçlarınadək Malta və Latviyaya qarşı iki yoldaşlıq oyunu keçirmək imkanımız olacaq”.

Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Malta, martın 29-da isə Latviya ilə qarşılaşacaq.


Son xəbərlər
topaz banner