Namikin komandası 9 nəfərlə qalan rəqibinə uduzdu

Namikin komandası 9 nəfərlə qalan rəqibinə uduzdu
XƏBƏR 16 Fevral 2022 / 00:05 2652
-  A +

Millimizin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında 25-ci tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda "Tuzlaspor"u qəbul edib və 0:1 hesabı ilə uduzub. "Tuzlaspor"un heyətində 26-cı dəqiqədə Rayko Rotman və 67-ci dəqiqədə Samet Asatekin qırmızı vərəqə alaraq meydandan qovulsa da, Fransis 87-ci dəqiqədə qələbə qolunu vurub.

Matça start heyətində başlayan Ələskərov 80-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Bursaspor" hazırda 24 xalla 16-cı pillədə qərarlaşıb.


Son xəbərlər