"Mançester Yunayted"də futbolçulara psixoloji dəstək

"Mançester Yunayted"də futbolçulara psixoloji dəstək
XƏBƏR 15 Fevral 2022 / 17:15 2565
-  A +

"Mançester Yunayted"də futbolçulara psixoloji dəstəyin artırılmasına qərar verilib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, davamlı olaraq hesabda önə keçdiyi matçlarda üstünlüyünü qoruya bilməyən "qırmızı şeytanlar"ın baş məşqçisi Ralf Ranqnik bu qərara gəlib. O, klubun psixoloqu Saşa Lensenin oyunçularla bununla bağlı xüsusi çalışmasını istəyib.

Ranqnikin rəhbərliyi altında "Mançester Yunayted" ilk qolu vurduğu 11 matçın cəmi 5-də qələbə qazanıb.

Mütəxəssis bununla bağlı deyib: "Hesab 1:0 olduqdan sonra futbolçular 2 və 3-cü qolu vura bilməyəndə və qol buraxanda oyuna köklənə bilmirlər. Bunun bir həllini tapmalıyıq".


Son xəbərlər
topaz banner