“PSJ – “Real” oyununda bütün qolları qeyd edəcəyəm”

“PSJ – “Real” oyununda bütün qolları qeyd edəcəyəm”
XƏBƏR 15 Fevral 2022 / 11:18 2909
-  A +

“İnter Mayami”nin sahibi Devid Bekhem Çempionıar Liqasının 1/8 final mərhələsində bu gecə oynanılacaq PSJ – “Real” görüşü barədə danışıb. 

Qol.az “Marca”ya istinadən xəbər verir ki, futbolçu karyerası ərzində hər iki komandada çıxış edən 45 yaşlı sabiq oyunçu görüşü stadiondan izləməyəcəyinə görə şad olduğunu bildirib: 

“Futbolçulara, hər iki komandanın tarixinə, azarkeşlərin həvəsinə nəzər salsaq, görərik ki, bu görüş hər bir fanat üçün arzudur. Hətta şadam ki, stadionda olmayacağam. Oynadığım komandaların matçını canlı izləmək mənim üçün çox həyəcanlı olardı. Bu qarşılaşmaya evdən baxmağa üstünlük verirəm. Kimin qol vurmasından asılı olmayaraq, hər bir qolu qeyd edəcəyəm”.

Qeyd edək ki, D.Bekhem 2003-2007-ci illərdə “Real”da, 2013-cü ildə isə PSJ-də oynayıb. O, 1996-2009-cu illərdə İngiltərə millisində çıxış edib.


Son xəbərlər
topaz banner