"Çelsi"nin oyununu izləyən azarkeş güllələnərək öldürüldü

"Çelsi"nin oyununu izləyən azarkeş güllələnərək öldürüldü
XƏBƏR 13 Fevral 2022 / 13:50 4700
-  A +

Klublararası dünya çempionatının finalında “Çelsi” (İngiltərə) - “Palmeyras” (Braziliya) oyununu izləyən azarkeşlərdən biri güllələnib.

Qol.azxəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Hadisə San-Pauluda baş verib. Braziliya klubunun fanatları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilən qarşılaşmanı komandalarının ev matçlarını oynadığı “Alyans Park” stadionunun yaxınlığında quraşdırılmış böyük monitordan izləyiblər. Bu zaman tərəfdarlar arasında kütləvi iğtişaş olub və nəticədə bir nəfər güllələnərək öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Qeyd edək ki, “Çelsi” “Palmeyras”ı 2:1 hesabı ilə məğlub edərək klublararası dünya çempionatının qalibi olub.


Son xəbərlər
topaz banner