Mahirin komandasından növbəti qələbə

Mahirin komandasından növbəti qələbə
XƏBƏR 13 Fevral 2022 / 01:02 7587
-  A +

Millimizin hücumçusu Mahir Emrelinin yeni klubu “Dinamo” Xorvatiya çempionatında növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, Zaqreb klubu 22-ci turda “Qoritsa”nı qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Mahir komandaya yeni qoşulduğundan onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

"Dinamo" (Zaqreb) - "Qoritsa" - 2:1

Qollar: Ademi, 55 (1:0), Kalik, 64 (1:1), Orsiç, 89 (2:1)

Qeyd edək ki, 22 matçda 49 xal toplayan “Dinamo” çempionatın vahid lideridir.


Son xəbərlər
topaz banner