"Bu, bizim ən böyük səhvimiz idi" - "Sabah"ın baş məşqçisi

"Bu, bizim ən böyük səhvimiz idi" - "Sabah"ın baş məşqçisi
XƏBƏR 12 Fevral 2022 / 19:02 4707
-  A +

"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/4 finalında "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları cavab oyununu şərh edib.

Qol.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Çox yaxşı ilk hissə keçirdik. Oyuna nəzarət etdik, bir neçə təhlükəli fürsətlər yaratdıq. Müdafiədə intizamlı olduq, rəqibin hücum etməsinə imkan vermədik. İkinci hissədə isə intizamı itirdik. Bu, bizim ən böyük səhvimiz idi".


Son xəbərlər
topaz banner