"Üstün cəhətlərini bir-bir desəm, kənardan elə görünür ki, sanki, "Marsel"dən çəkinirik. Bizim üçün ən çətin komandalardan biri idi. Onlar da topa sahib olmağı çox xoşlayırlar. Ayrı-ayrılıqda çox yaxşı oyunçuları var. Oyunun gedişatındq həddən çox rotasiya edirlər. Bu, bizi narahat edə bilər. Ümumən yaxşı komandaya qarşı oynayacağıq. İstəyirik ki, onlara qarşı layiqli oyun oynayaq. Səfərə çəkinmədən gedirik".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-offunda "Marsel"ə qarşı keçirəcəkləri ilk oyun barədə danışarkən deyib.
Azərbaycan kubokunun 1/4 finalında "Keşlə"yə 6:0 hesabı ilə qalib gəldikləri matçdan sonra Fransa təmsilçisi ilə görüş haqda danışan mütəxəssis daha sonra bildirib: "Bu gün istənilən komanda yaxşı oyun göstərib nəticə əldə edə bilər. Amma reallığa baxsaq, rəqib hərtərfəli bizdən yuxarıdadır. Marselə yaxşı mübarizə və nəticə üçün gedirik. Hər iki matçda ən yaxşısını etməyə çalışacağıq".
Q.Qurbanov Fransada mümkün təxribat məsələsinə də toxunub: "İnanmıram, ciddi bir şey olsun. Bəlkə də bu şəhərdə təxribat daha çox gözlənilə bilər. Amma hər halda inanmıram ki, nə onların federasiyası, nə klub, nə UEFA belə bir şey üçün şərait yaratsın. Biz dəfələrlə belə hallarla rastlaşmışıq. Mənə elə gəlir ki, narahat olunası bir şey yoxdur. Klub rəhbərliyi danışıqlar aparır. Ümid edirəm ki, hər şey qaydasında olacaq".
"Qarabağ"ın baş məşqçisi "Keşlə" ilə görüşün "Marsel"lə matç öncəsi komandaya faydalı olduğunu söyləyib: "Pis oyun olmadı. İlk hissə 4:0 olsa da, deməzdim ki, "Keşlə" tam dayanmışdı. Bu günkü oyun bizim üçün daha faydalı oldu. Çünki, düşünülmüş rotasiyalar edə bildik. "Marsel"lə oyunda da çalışacağıq ki, daha çox öz düşündüklərimizi edək".
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı