"Ümid edirəm ki, Mbappe bütün karyerasını PSJ-də keçirəcək" - Poçettino

"Ümid edirəm ki, Mbappe bütün karyerasını PSJ-də keçirəcək" - Poçettino
XƏBƏR 11 Fevral 2022 / 10:40 1300
-  A +

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Kilian Mbappenin komandadan mümkün gedişi ilə bağlı fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, argentinalı mütəxəssis "El Larguero"ya açıqlamasında fransalı hücumçunun komandada qalacağına ümid etdiyini deyib:

“Ümid edirəm ki, Kilian bütün karyerasını PSJ-də keçirəcək. Bu, klub üçün çox yaxşı olardı. Mənim üçün o, dünyanın ən yaxşı 5 oyunçusundan biridir. Buna heç bir şübhəm yoxdur”.

22 yaşlı hücumçu bu mövsüm Liqa 1-də 21 oyunda 11 qol vurub və 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Mbappenin 2022-ci ilin yay transfer pəncərəsində azad agent kimi "Real"a keçəcəyi haqda xəbərlər yayılıb.


Son xəbərlər
topaz banner