"Bavariya" onunla artıq çəkisinə görə yolları ayırıb

"Bavariya" onunla artıq çəkisinə görə yolları ayırıb
XƏBƏR 10 Fevral 2022 / 15:42 2819
-  A +

"Bavariya"nın Dortmund "Borussiya"sına keçən Niklas Zyule ilə niyə yolları ayırdığı məlum olub.

Qol.az "Kicker"ə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Münhen təmsilçisindən hazırkı maaşından ikiqat çox - 8 milyon avro tələb edib. Klub futbolçunun tələblərini yerinə yetirməkdən imtina edib və bunu hörmətsizliyin təzahürü kimi qiymətləndirib.

Milad tətilindən 104 kq çəki ilə qayıdan 26 yaşlı futbolçuya çəki limitini (100 kq) keçib. Klub rəhbərləri onun münasibətindən narazı qalıblar. Qeyd olunur ki, futbolçu 2017-ci ildə keçid dövründən mütəmadi olaraq artıq çəki ilə bağlı problemlər yaşayıb və o, həyat tərzini dəyişməkdən imtina edib.

Xatırladaq ki, Zyule Dortmund "Borussiya"sı ilə 4 illik müqavilə imzalayıb və burada hər mövsümə 10 milyon avro alacaq. Onun müqaviləsi yayda qüvvəyə minəcək.


Son xəbərlər
topaz banner