Runi bu klubların baş məşqçisi olmaq istəyir

Runi bu klubların baş məşqçisi olmaq istəyir
XƏBƏR 10 Fevral 2022 / 14:49 3146
-  A +

İngiltərə millisinin sabiq kapitanı, hazırda “Derbi Kaunti”yə baş məşqçilik edən Ueyn Runi  gələcəkdə keçmiş klubu “Mançester Yunayted”i çalışdırmaq istəyib-istəmədiyi ilə bağlı suallara cavab verib. 

Qol.az xəbər verir ki, 36 yaşlı mütəxəssis “Sky Sports”a açıqlamasında “qırmızı şeytanlar”a baş məşqçilik etməyi arzuladığını deyib: 

“Əlbəttə ki, bunu istəyirəm. Hazırda bütün diqqətimi “Derbi Kaunti”yə yönəltmişəm. “Mançester Yunayted”i sevirəm. “Everton” da mənə yaxın olan klubdur. Ümid edirəm ki, gələcəkdə bu klublardan birini çalışdıra biləcəyəm. 

Qeyd edək ki, “Derbi Kaunti” hazırda Çempionşipin turnir cədvəlində 18 xalla 23-cüdür. 
 


Son xəbərlər
topaz banner