Anar Məmmədovu federasiyada tanınmış iş adamının oğlu əvəzlədi

Anar Məmmədovu federasiyada tanınmış iş adamının oğlu əvəzlədi
XƏBƏR 10 Fevral 2022 / 11:38 2456
-  A +

Bu gün Azərbaycan Qolf Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Qol.az-ın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbirdə Rauf Xəlilov federasiyanın prezidenti seçilib. 

Hazırda “Sabah” Futbol Klubunun Müşahidə Şurasının üzvü olan R.Xəlilov Azərbaycan Dağ Xizəyi İdman Federasiyasının prezidenti vəzifəsində də çalışıb. 

Qeyd edək ki, buna qədər Azərbaycan Qolf Federasiyasının prezident sabiq nəqliyyat naziri Ziya Məmmədovun iş adamı olan oğlu Anar Məmmədov idi. Son illər federasiyanın fəaliyyətində durğunluq var idi.

Əlavə edək ki, Rauf Xəlilov isə tanınmış iş adamı, İSR Şirkətlər Qrupunun sahibi İsgəndər Xəlilovun oğludur.


Son xəbərlər
topaz banner