Poqba 13 aylıq fasilədən sonra qol vurdu

Poqba 13 aylıq fasilədən sonra qol vurdu
XƏBƏR 9 Fevral 2022 / 11:00 1365
-  A +

İngiltərə Premyer Liqasının 24-cü turunda "Bernli" ilə matç "Mançester Yunayted"in futbolçusu Pol Poqba üçün əlamətdar olub. 

Qol.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi komandasının yeganə qolunu vurub. Beləliklə, o, 1 il 1 ay sonra yerli çempionatda qol vurmağı bacarıb. 

Poqba son dəfə 2021-ci ilin yanvar ayında "Fulhem"lə oyunda qapıya yol tapıb. 

Qeyd edək ki, "Mançester Yunayted" "Bernli" ilə heç-heçə edib - 1:1.


Son xəbərlər
topaz banner