Tanınmış futbolçu millidə oynamaqdan imtina etdi

Tanınmış futbolçu millidə oynamaqdan imtina etdi
XƏBƏR 9 Fevral 2022 / 09:41 2829
-  A +

"Çelsi"nin yarımmüdafiəçisi Hakim Ziyeş bir daha  Mərakeş yığmasında oynamayacağını bildirib.

Qol.az xəbər verir ki, 29 yaşlı futbolçu “ADSportsTV”yə açıqlamasında bu barədə deyib:

“Mən Mərakeş millisinə qayıtmayacağam. Bu, son qərarımdır. Mən orada hər şeyin necə getdiyini başa düşürəm və bütün diqqətimi “Çelsi”dəki oyunuma yönəldəcəyəm. Azarkeşlərə yazığım gəlir, amma vəziyyət belədir”.

Qeyd edək ki, Hakim Ziyeş Mərakeş millisinin baş məşqçisi Vahid Halilhociçlə konfliktə görə Afrika Millətlər Kubokunun oyunlarına dəvət almayıb. O, sonuncu dəfə ötən ilin sentyabrında yığmada oynayıb. İndiyədək milli komandada 40 oyun keçirmiş Ziyeşin aktivində 17 qol var.


Son xəbərlər
topaz banner