"Bu, Çempionlar Liqasını qazanmaqdan daha üstündür" - Mane

"Bu, Çempionlar Liqasını qazanmaqdan daha üstündür" - Mane
XƏBƏR 8 Fevral 2022 / 17:57 2547
-  A +

Seneqal millisinin və "Liverpul"un futbolçusu Sadio Mane yığma ilə Afrika Millətlər kubokunu qazanması barədə danışıb.

Qol.az xəbər verir ki, o, BBC-yə açıqlamasında Afrika Millətlər kubokunu qazanmağın daha vacib olduğunu söyləyib:

“Həyatımdakı ən xüsusi günü yaşadım. Afrika Millətlər kuboku həyatımdakı ən dəyərli tituldur. Bu, Çempionlar Liqasını qazanmaqdan daha üstündür. Mənim üçün ən vacib olan milli komanda ilə Afrika Millətlər kubokunu qazanmaq idi”.

Seneqal millisi Afrika Millətlər kubokunun finalında Misiri məğlub edib (əsas vaxt 0:0, penaltilər 2:4). Mane turnirin ən yaxşı oyunçusu seçilib.


Son xəbərlər
topaz banner