İtaliya Avropa çempionatlığı üçün namizədliyini irəli sürdü

İtaliya Avropa çempionatlığı üçün namizədliyini irəli sürdü
XƏBƏR 8 Fevral 2022 / 09:50 866
-  A +

İtaliya 2032-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək istəyir. 

Qol.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb. İtaliya Futbol Federasiyası turnirə təşkilatçılıq etmək istədikləri barədə UEFA-ya məlumat verib.

Namizədlik layihəsi 2023-cü il aprelin 12-dək qitə futbol qurumuna təqdim edilməlidir. Avropa çempionatının yeri ilə bağlı yekun qərar isə 2023-cü ilin sentyabrında veriləcək.

Qeyd edək ki, İtaliya daha əvvəl 1968 və 1980-ci illərdəki turnirləri qəbul edib.


Son xəbərlər
topaz banner