"Neftçi" - "Qarabağ" oyununun biletləri satışda

"Neftçi" - "Qarabağ" oyununun biletləri satışda
XƏBƏR 5 Fevral 2022 / 17:08 3365
-  A +

Azərbaycan Premyer Liqasının 15-ci turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.

Qol.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 3A sektoruna 5 manat, digər sektorlara isə 1 manat təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Kassalar bu gün saat 18:00-dək, sabah 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan 19:00-dək işləyəcək.

Qeyd edək ki, fevralın 7-də oynanılacaq "Neftçi" - "Qarabağ" qarşılaşması saat 19:00-da start götürəcək. Ağdam klubu 14 turdan sonra 33 xalla liderdir, son ölkə çempionu 22 xalla 3-4-cü yerləri bölüşdürür.


Son xəbərlər
topaz banner