“Azərbaycanlı futbolçular ölkəni tərk etmək barədə fikirləşmirlər” – Xorvat mütəxəssis

“Azərbaycanlı futbolçular ölkəni tərk etmək barədə fikirləşmirlər” – Xorvat mütəxəssis
XƏBƏR 3 Fevral 2022 / 14:31 3602
-  A +

“Azərbaycanlı futbolçular öz vətənlərində yaxşı qazanırlar”. 

Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının sabiq məşqçisi Mario Tokiç Xorvatiya mətbuatına müsahibəsində deyib. 

Nikola Yurçeviçin baş məşqçiliyi dövründə onun köməkçisi olan Tokiç bildirib ki, bu səbəbdən onlardan çoxu ölkəni tərk etmək barədə düşünmürlər: “Onlara evdə yaxşıdır”.

Gənc mütəxəssis deyib ki, “Dinamo” Zaqrebə transfer olunan Mahir Emreli isə irəli getmək üçün addım atdı: “Çünki sübut etmək istədi ki, bir azərbaycanlı futbolçu da Avropada yaxşı uğur qazana bilər”. 


Son xəbərlər
topaz banner