Azərbaycan milli komandasının və Türkiyənin «Eskişehirspor» klubunun futbolçusu Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- «Fənərbaxça» ilə oyunda aldığın zədə səbəbindən qarşıdakı oyunlarda iştirak etməyəcəksən. Yaşıl meydanlara nə vaxt qayıdacağın artıq dəqiqləşib?
- Hər şey müalicənin gedişatından asılıdır. Ən tez gələn həftənin ikinci günü qaçmağa başlayacağam. Maksimum iki-üç həftədən sonra oynaya biləcəyəm. Bu isə çoxdur. Mən ən qısa zamanda futbola qayıtmaq istəyirəm.
- Noyabrın 17-də Çernoqoriya ilə oyunda iştirak etməyəcəyin qətiləşib. Bəs, bu qarşılaşmaya baxmağa gedəcəksən?
- Xeyr. Oynamayacağamsa, ora getməyin də mənası yoxdur. Bu müddətdə müalicə olunmağım daha faydalı olardı.
- «Eskişheşirspor»a keçdikdən sonra millinin baş məşqçisi Berti Foqts səninlə maraqlanıbmı?
- Yalnız Türkiyə ilə Bakıdakı oyundan əvvəl mənimlə söhbəti oldu. Soruşdu ki, nəyə görə əsas heyətdə oynamırsan. Mən də cavab verdim ki, şansımı gözləyirəm. Belədə onun Türkiyəyə zəng edib məndən xəbər tutmasına ehtiyac yoxdur.
- Eskişehirdə azarkeşlər tərəfdən sənə münasibət necədir?
- Hər şey qaydasındadır. Düzü, mən belə şeylərə çox da fikir vermirəm. Başımı aşağı salıb oyunumu oynayıram.
- «Fənərbaxça»yla oyunda Türkiyə millisinin üzvü olan futbolçular da çıxış edirdi. Onlarla oyundan əvvəl və ya sonra hər hansı söhbətiniz oldu?
- Xeyr.
- Azərbaycan çempionatının oyunlarını izləyirsən?
- Vaxt olanda, bəli. Daha çox «Qarabağ»ın oyunlarına baxıram.
- Çempionatın səviyyəsi barədə fikirlərin necədir?
- Oyunları çox da yaxından izləyə bilmirəm. Yalnız nəticələrdən xəbər tuturam. «Neftçi»nin sabit çıxışını qeyd edə bilərəm. Başqa bir neçə potensialı olan komanda var.
«Bakı» klubunun uğursuz çıxışları isə məni məyus edir. Mən həmişə bu klubu nümunə kimi göstərmişəm. Amma hər şeyin öz vaxtı var. Yadınızdadırsa, bir ara «Neftçi»də imkanlarından aşağı səviyyədə çıxış edirdi. Bəzən, komanda uğursuzluq zolağına düşür və bundan çıxa bilirsən. Düşünürəm ki, «Bakı» öz adına layiq oyunu nümayiş etdirə biləcək. Çünki onların yaxşı heyəti, yaxşı rəhbərliyi var. Ən başlıcası klub tərəfindən futbolçulara təzyiq yoxdur. Bu da futbolda uğur qazanmaq üçün önəmli amildir.
- Keçmiş klubun «Qarabağ» turnir cədvəlində beşinci pillədədir. Səncə, bunu normal saymaq olar?
- «Qarabağ»da itkilər çoxdur. Əfran İsmayılovun zədələnməsinin «Qarabağ»a böyük ziyanı oldu. İndi Samir Abbasovla Andrey Rubins də zədələnib. «Qarabağ» bu mövsüm tam heyətlə oynaya bilmir. Bir oyun yaxşı, bir oyun pis çıxış edir. Sabit oyun yoxdur. Qarşıdakı dörd tur onlar üçün çox ağır olacaq. Bu mənada, onlar çempionatın sonunda istədiklərini əldə etmək üçün bu dörd oyunda xal toplamalıdırlar.
- «Qarabağ»ın qeyri-sabit çıxışında sənin bu klubu tərk etməyin də əsas səbəblərdən biri kimi göstərilir.
- Təkcə mən yox, əsas heyətin istənilən oyunçusu komandadan gedəndə bunun mənfi təsiri olur. Mənim gedişatımın isə «Qarabağ»a ciddi təsiri olmayıb. Çünki komandada təcrübəli futbolçular çoxdur.
- «Neftçi» klubunun rəhbərliyi qış fasiləsində səs-küylü transferlər həyata keçirəcəyini bəyan edib. Bu komandadan sənə dəvət gəlsə, münasibətin necə olacaq?
- Bilirəm ki, onlardan dəvət gəlməyəcək. Çünki Azərbaycanın bütün futbol ictimaiyyəti və «Neftçi» klubunun rəhbərliyi mənim ölkə xaricində çıxış etməyimi istəyir. Mənim indiki klubumla hələ iki illik müqaviləm var. Karyeramın sonlarını Türkiyədə keçirmək fikrindəyəm. Amma hər şey bizdən asılı deyil. Ümumilikdə isə mən futbolçu karyeramı «Neftçi»də başa vurmaq istəyirəm.
- Millidə oynayan komanda yoldaşların Vüqar Nadirov və Vaqif Cavadovdan məşqçilər və klub rəhbərləri narazılıq edir. Sənin bu futbolçulara məsləhətin nə olardı?
- Yaxınlarda bu məsələylə bağlı hər iki futbolçuyla telefon söhbətim olub. Düzü, onlara dedim ki, oyunları məni də qane etmir. Onlar oturub ciddi şəkildə düşünməlidirlər. Vaqif və Vüqar xaricdə oynamağa layiq futbolçulardır. Amma indi onlar imkanlarından aşağı səviyyədə çıxış edirlər. Halbuki hər ikisi sıradan bir futbolçu deyil. Onların məsuliyyəti böyükdür və Vaqiflə Vüqardan təlabat da çoxdur. Vüqar Türkiyə ilə matçda yüksək səviyyədə çıxış edir, amma klubda həmin oyunu nümayiş etdirə bilmir. Gökhan Gönül kimi bir futbolçu Vüqara uduzurdu. Türkiyədə mənə dedilər ki, sizin 7 nömrəli futbolçunuz, yəni Vaqif Cavadov çox yaxşı oyunçudur. Mən isə bildirdim ki, Vaqif hələ potensialının 50 faizini ortaya qoydu. Deməyim odur ki, Vüqar və Vaqif istedadlı, potensialı olan futbolçulardır. Onlar oyunlarına ciddi yanaşmalıdırlar. İndi bu futbolçular klublarında potensiallarından aşağı səviyyədə çıxış edirlər. Onların öz oyunlarını görməyi çox istəyirəm.
- Səncə, Vüqarla Vaqifin imkanlarından aşağı səviyyədə çıxış etməsi nə ilə bağlı ola bilər?
- Mən bunu psixoloji amillərlə əlaqələndirərdim. Vaqif «Tvente»yə getdiyi ilk gündə zədələndi və karyerası uğursuz alındı. Düzü, heç bilmirəm, bütün bunlara nə ad verim. Mənimlə danışanda deyirlər ki, hər şey qaydasındadır, amma bunları onların oyununda görmürəm. Fikrimcə, Vüqar və Vaqif təkcə məşqlərdə, oyunlarda deyil, şəxsi həyatlarında da futbolla yaşamalı, futbolu fikirləşməlidirlər. Yalnız bundan sonra onlar böyük uğurlara doğru addımlaya bilərlər.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi