Balotelli milliyə çağırıldı - 3 il yarımdan sonra

Balotelli milliyə çağırıldı - 3 il yarımdan sonra
DÜNYA FUTBOLU 24 Yanvar 2022 / 21:59 3931
-  A +

"Adana Demirspor"un futbolçusu Mario Balotelli 2018-ci ilin sentyabrından sonra ilk dəfə İtaliya millisinə çağırılıb.

Qol.az İtaliya Futbol Federasiyasının "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, baş məşqçi Roberto Mançini yanvardakı təlim-məşq toplanışı üçün 31 yaşlı hücumçuya da dəvət göndərib.

Qeyd edək ki, İtaliya 26-28 yanvar tarixlərində DÇ-2022-nin pley-off mərhələsinə hazırlıq məqsədi ilə təlim-məşq toplanışı keçəcək.


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner