Vüsal İsgəndərli oynadı, komandası qələbə qazandı

Vüsal İsgəndərli oynadı, komandası qələbə qazandı
XƏBƏR 23 Yanvar 2022 / 16:41 2340
-  A +

Türkiyə I Liqasında 21-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" səfərdə "Adanaspor"un qonağı olub. Matç Ankara təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal İsgəndərli qarşılaşmaya start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib.

Xallarını 26-ya yüksəldən "Keçiörengücü" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


Son xəbərlər
topaz banner