Millimizin üzvləri Avropa çempionatının oyunlarını buraxacaqlar

Millimizin üzvləri Avropa çempionatının oyunlarını buraxacaqlar
XƏBƏR 22 Yanvar 2022 / 13:40 1116
-  A +

Azərbaycan futzal millisinin üzvləri Qallo və Rövşən Hüseynlidən növbəti dəfə koronavirus testi götürülüb.

Qol.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, hər iki futzalçıda nəticə pozitiv çıxıb. Futzalçılar hazırda qaldıqları otel otağında karantinə alınıblar. Karantinin sonuncu günü 27 yanvardır. Bu isə o deməkdir ki, Qallo və Hüseynli Avropa çempionatının qrup mərhələsində Gürcüstan və İspaniya ilə oyunları buraxacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında ilk oyununu bu gün Gürcüstana qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.


Son xəbərlər
topaz banner