"Sabah" Ukrayna klubu ilə heç-heçə etdi

"Sabah" Ukrayna klubu ilə heç-heçə etdi
ÖLKƏ FUTBOLU 20 Yanvar 2022 / 19:49 3332
-  A +

“Sabah” bu gün Antalyadakı təlim-məşq toplanışları çərçivəsində növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, paytaxt klubu Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. "Sabah"ın qolunu 83-cü dəqiqədə Kamran Quliyev vurub.

Qeyd edək ki, “Sabah” Antalya toplanışında ilk yoxlama oyununda Macarıstanın “Pakş” klubu ilə qollu bərabərə qalıb - 1:1. Premyer Liqa təmsilçisi son sınağını yanvarın 25-də “Mladost”a (Luçani, Serbiya) qarşı verəcək.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki