“Səbail”in baş məşqçisi Aftandil Hacıyev klubun rəsmi saytına açıqlama verib.
Qol.az xəbər verir ki, o, çempionatın növbəti mərhələsində hazır durumda olacaqlarını söyləyib:
“İki mərhələdən ibarət təlim-məşq toplanışına yanvarın 5-də “ASCO Arena”da başladıq. Yanvarın 10-dan isə toplanışın ikinci mərhələsinə “Dalğa Arena”da davam edirik. İlk mərhələ futbolçuların fiziki durumunun yüksəlməsinə hesablanmışdısa, ikinci mərhələdə texniki-taktiki çalışmalara üstünlük verilib. Bir yoxlama görüşü (“Səbail”-“Qarabağ-2”(0:0) artıq baş tutub. Bu gün növbəti yoxlama oyununda “Keşlə” komandası ilə qarşılaşacağıq. Yanvarın 21-i və 24-ü planlaşdırılmış daha iki oyun var. Təlim-məşq toplanışını yanvarın 24-ü başa vururuq. Çempionatın növbəti mərhələsində hazır durumda olacağıq”.
A.Hacıyev bir neçə gün əvvəl karyerasını bitirən qapıçı Kamran Ağayevlə bağlı da danışıb:
“Kamran Ağayevin bir il yarım bundan öncə futboldan kənar qalmasına razı deyildik. Onun hələ də futbolumuza qatqısı olacağını düşünürdük. Uzun prosesdən sonra geri qayıtmağı bacardı. Lakin, Kamranın karyerasını bitirmə qərarı bizim üçün gözlənilməz oldu. Davam etdiyi yolda ona uğurlar arzulayırıq. Bilirsiniz ki, qış fasiləsində oyunçu tapmaq çətindir. Xüsusilə də, hazırda qapıçı mövqeyi üçün sərbəst futbolçu yoxdur. Bundan sonra heyətimizi yerli futbolçular ilə gücləndirmək istəyirik. Bizim komandaya güc qata biləcək 2-3 futbolçu cəlb etməyi düşünürük. İstədiyimiz futbolçular hazırda qış fasiləsində sərbəst olmadığına görə ola bilər ki, çempionatı əlimizdə olan heyətlə davam edək”.
Baş məşqçi sonda adı “Qəbələ” və Yunanıstanın “Olimpiakos Volos” klubu ilə hallanan müdafiəçi Turan Manafovu komandada saxlamaq istədiklərini deyib:
“Klubumuza Turan Manafovla bağlı digər klublardan rəsmi təkliflər var. Onun gələcəyi üçün nəyin daha xeyirli olacağı barədə çox düşünürük. Bilirsiz ki, gənc futbolçudur və ilk dəfə legioner həyatı yaşayacaq. Klub olaraq, Turana sahib çıxmaq istəyirik. Həm hazırda bizimlə müqaviləsi var, həm də bilirsiz ki, Yunanıstana gedib bir çox problemlərlə üzləşən futbolçularımız da var. Bu kimi hallar baş verməsin deyə onu qoruyuruq. Hazırda danışıqlar gedir. Ola bilər ki, icarə əsasında çıxış etsin. Bu müddət ərzində həm biz, həm də özü prosesin necə irəlilədiyinin və necə inkişaf etdiyinin fərqində olaq. Yekun olaraq, Turanın keçidi ilə bağlı prosesdə ona xeyirli olacaq qərarı verəcəyik”.
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı