Polşa "Legiya"sının idman direktoru Yatsek Zelinski komandanın futbolçusu Mahir Emreli ilə bağlı növbəti açıqlama verib.
Qol.az "TVS Sport"a istinadən xəbər verir ki, o bildirib ki, millimizin üzvünün komandanın təlim-məşq toplanışına iştirak etməmısəsiEmrelinin yox, futbolçunun məsləhətçilərinin günahıdır: "Məncə, mövzunu çox pis oynayırlar. O, bizim oyunçumuzdur. Azarkeşlərlə insidentdən öz ehtiyaclarınız üçün istifadə axmaqlıq etmək cəhdidir. O, hər şeydən əvvəl özünə, komandaya və gələcəkdə başqa klubların yanaşmalarına xələl gətirir. Bu, yaxşı hərəkət deyil. Hazırda iş vəkillərin müzakirəsi səviyyəsində gedir. Mənə elə gəlir ki, bizim arqumentlərimiz kifayət qədər güclü, balanslaşdırılmışdır. Qarşı tərəf isə müxtəlif arqumentlərdən istifadə edir və oyunçunu daha da zədələyirlər. Bunun necə həll olunacağını söyləmək çətindir".
O, Emrelinin adının Türkiyənin "Qalatasaray" və "Başakşehir" və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubları ilə hallanması ilə bağlı deyib: "Bu komandalardan təkliflər alırıqmı? Bilirəm ki, bu, agentlərin işidir. Onlar vəziyyəti elə idarə edirlər ki, sanki Emreli azad agentdir. Bu, qətiyyən doğru deyil. O, "Legiya"nın futbolçusudur. Qarşıda bizi araşdırma gözləyir. Hesab edirəm ki, mübahisəli məsələdə öz xeyrimizə olan ciddi arqumentlər var. Mahirin nümayəndələri onu sərbəst oyunçu kimi təklif etməyə çalışırlar. Bəlkə də bu maraq ondan irəli gəlir. Çünki söhbət klubdan gedirsə, Emreliyə heç bir təklif gəlməyib".
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb.
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu