"Azərbaycana böyük hörmətlə yanaşıram, çünki köküm oradandır, atam bu ölkədə anadan olub".
Qol.az xəbər verir ki, bu sözləri Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Səmədov "Qardaşyana cavab ver" yutub kanalına müsahibəsində Azərbaycan millisindən aldığı təklifləri qəbul etməməsi barədə danışarkən deyib.
Veteran yarımmüdafiəçi bildirib ki, Rusiya yığması ilə böyük turnirlərdə iştirak etmək şansı yüksək olduğundan bu addımı atıb: "Üstəlik, mən burada doğulmuşam, Moskvada yaşamışam və anam rusdur. 15 və ya 20 yaşımda gedib Azərbaycan milli komandasında oynaya bilərdim. Amma bu, mənim şəxsi qərarım idi. Rusiya yığması ilə bütün mümkün turnirlərdə iştirak etdim. Bu da onu göstərir ki, gözləntim özünü doğrultdu".
Səmədov sonuncu dəfə 2019-cu ildə İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında UEFA Avropa Liqasının final oyununun (4:1) səfiri kimi Bakıda olduğunu xatırladıb: "Həmin vaxt şəhəri gəzdim. Bakı çox xoşuma gəlir. Gözəl şəhərdir. İçəri şəhər xüsusilə möhtəşəmdir. Hər kəsə oranı görməyi məsləhət görürəm. Əmim Azərbaycanda yaşayır və tez-tez əlaqə saxlayırıq".
Tanınmış futbolçu özünü həm rusiyalı, həm də azərbaycanlı kimi hiss etdiyini söyləyib: "Yaş artdıqca öz kökün haqqında daha çox bilmək, öyrənmək istəyirsən. Düzdür, burada anadan olmuşam. Rusiyanı, Moskvanı sevirəm. Bura mənim üçün dünyanın ən yaxşı şəhəridir. Amma mənim köküm Azərbaycandandır. Hər iki ölkənin mədəniyyəti haqqında çox şey bilirəm".
2015-ci ildə vəfat etmiş atası Sergey Səmədov haqqında xatirələrini bölüşən Səmədov onun ciddi insan olduğunu vurğulayıb: "Çox sərt idi. Oyunum xoşuna gəlməyəndə məni təbrik etmirdi. Artıq xasiyyətinəbələd idim. Bilirdim ki, sözlə məni məhv edəcək. Hazırda 3 oğul atasıyam. Amma mən özümü atam kimi apara bilmərəm. Onun münasibəti məni sərtləşdirirdi. Mənə deyirdi ki, həyatda hər şeyə özün nail olmalısan. Ən önəmli fikri isə belə idi: həyatda yeni dostların ola bilməz. Əsl dostların sayı maksimum 12 nəfərdir. Qalanları sənin tanışlarındır. Onlar nə vaxtsa səni çıxılmaz vəziyyətdə qoya bilərlər".(report.az)
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi