Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) bu gün açıqladığı Avropanın ən yaxşı çempionatlarının siyahısına münasibət bildirib.
Qeyd edək ki, siyahıda Unibank Premyer Liqası qitənin ən zəif çempionatları sırasında göstərilib. Reytinqdə 48 ölkə arasında 44-cü yeri tutan Premyer Liqamız bu siyahıda yalnız Uels, Qazaxıstan, Malta və Lüksemburq kimi ölkələri qabaqlayıb.
Qol.Az-ın müxbiri ilə söhbətində R.Musayev İFFHS-in bu siyahını hansı amillərə görə hazırladığını başa düşmədiyini söyləyib: "Qələt eləyir, başlarını daşa döyürlər ki, belə reytinq hazırlayıblar. Çempionatımızın günbəgün irəli getdiyini hamı görür. Premyer Liqamız hazırda Avropada 29-cudur və getdikcə də irəliləyəcək. Yəqin, həmin o federasiyada ermənilər çalışırlar ki, reytinqimizi məqsədli şəkildə bu qədər aşağı düşürüblər".
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir