Azərbaycan millisinin və “Legiya”nın hücumçusu Mahir Emrelinin müsahibəsi
- İlk dəfə legioner həyatı yaşadınız. Mövsümün ilk yarısını necə dəyərləndirərdiz?
- Mövsümün ilk yarısı komandam yox, mənim üçün uğurlu oldu. Birinci altı ay hər bir futbolçu üçün uyğunlaşma dönəmi olsa da, “Legiya”ya çox yaxşı qoşulduğumu düşünürəm. Zəif və güclü oyunlar oldu. Bu, normal haldır. Yeni sxemə, yeni komanda yoldaşlarına öyrəşmək üçün müəyyən müddət lazımdır. “Legiya”da da yay fasiləsində ciddi dəyişiklik edildi, çox sayda gedənlər və gələnlər oldu. Bəlkə bunun da enişdə müəyyən rolu var idi. Üstəlik, “Legiya” dörd il idi ki, avrokuboklarda iştirak etmirdi. Bütün bunların üst-üstə düşməsinin də nəticələrə təsiri ola bilər. Söhbət sırf məndən gedirsə, ilk altı ay pis keçmədi. Ancaq fərdi göstəricilərə heç vaxt önəm verməmişəm. Çünki komanda oyunçusuyam və yalnız klubum barədə düşünürəm. Ümid edirəm ki, gələcək oyunlarda daha yaxşı nəticələr göstərərik.
- Plotsk “Visla”sı ilə oyundan sonra bazada azarkeşlərin hücumuna məruz qaldınız. Fanatların həmin vaxt sadəcə sizə və komanda yoldaşınız Lukinyasa xəsarət yetirməsi təsadüf idimi? Ümumiyyətlə, həmin an nələr baş vermişdi?
- Düzü, mənə də qaranlıq qalan məqamlar oldu. Klubumun bu haqda ətraflı məlumat verməsi daha doğru olardı. Uğursuzluqlar olanda, əlbəttə ki, azarkeşlərin narazılığı qaçılmazdır.
- Polşa mətbuatı son zamanlar barənizdə müntəzəm neqativ məlumatlar yayırdı. Düşünmürsüz ki, bu amilin azarkeşlərin sizə qarşı münasibətinin dəyişməsində rolu oldu?
- Açığı, fikrimi daha çox futbola yönəltmişəm. İnandırım sizi, orada mətbuatla yaxından əlaqəm olmur. Buna görə də haqqımda yazılanları oxumuram. Peşəkar futbolçuyuq, yalnız öz çıxışımız barədə fikirləşməliyik.
- Polşa KİV-i hər uğursuz nəticənin ardından sizi səbəbkar göstərir, fikrinizin oyunda yox, gecə klublarında olduğunu yazırdı. Həqiqətən də, sizə qarşı qərəzli mövqe hiss etmirdiz?
- Gecə klubu məsələsinə fikir bildirmək istəyirəm. Jurnalist, futbolçu, biznesmen və ya süpürgəçi ola bilərsən. Önəmli olan insanlıqdır. Yəqin ki, onu yazan jurnalist olub. Bir insanın qəlbində nə qədər pislik, kin olmalıdır və ya səni gözü götürməməlidir ki, belə xəbər yaysın. Yayılan həmin şəkil Avropa Liqasının pley-off mərhələsində “Slaviya” ilə birinci oyunda çəkilib. Həmin matç da avqustun 19-da olub. Elədirsə, niyə demirlər ki, Mahir “Legiya”ya getdikdən qısa müddət sonra “Slaviya” ilə oyunlarda 3 qol vurdu, komandanın qrupa düşməsində rolu oldu? “Legiya” turnir cədvəlinin 17-ci pilləsinə düşdükdə Mahirin dörd ay əvvəl gedib istirahət eləməyi yada düşür, problemə çevrilir? Qəribə gəlir. Bilirsiz, Varşavada ailəm yanımda olanda şəhərə çox çıxmıram. Onlar olmadıqda restorana gedirəm. Başa düşmürəm, yemək yeməməliyəm? Səhər məşq olur, naharımı bazada edirəm. Axı axşam da nəsə yemək üçün harasa çıxmalıyam. Özüm yemək bişirə bilmirəm. Varşava da böyük şəhərdir, tıxaclar olur. Bəzən gedib restoranda uzun müddət otururuq, amma saat 12-dən sonraya qalmırıq. Son 3-4 ayda da harasa çıxdığımı xatırlamıram. Yalnız “Lester”lə sentyabrdakı matçdan sonra şəhərə çıxdığımı yadımdadır.
- Bir ara sabiq baş məşqçiniz Çeslav Mixneviçlə aranızda problem yarandığı da iddia olundu. Həqiqətən də, onunla aranızda gərginlik yaşanmışdı?
- Həmin söz-söhbət də məhz “Lester”lə qarşılaşmadan sonrakı dönəmə təsadüf etdi. Guya Mixneviçlə problemim olmuşdu. Polşa çempionatının XII turunda “Pyast”la (1:4) səfər oyununa cəmi 16 futbolçu ilə yollanmışdıq. Həmin oyunçuların içində mən də var idim. Əgər baş məşqçi ilə problemim olsaydı, məni özü ilə aparardı? Məni də Varşavada saxlayardı da. Ona görə də, gərək məntiqli yazılar dərc eləsinlər. Varşavada mənim üçün pozitiv məqamlar da oldu.
- Mövsümə qollarla başladığınız üçün “Legiya” sizi yüksək məbləğ qarşılığında böyük klublara satmağın planlarını cızmağa başladı. Ancaq indi komandadan ayrılacağınız iddia olunur. Bu, nə dərəcədə doğrudur?
- Real danışsaq, “Legiya” ilə üçillik müqaviləm var. Hazırda bu barədə düşünmürük. Amma bu, futboldur. Hər hansı futbolçunu istəyən klub onu altı aydan sonra da, 1-2 ildən sonra da transfer edir. Transfer işləri ilə menecerim məşğul olur. Üstəlik, hazırda transfer pəncərəsi də açılmayıb. Bu üzdən heç bir söhbət gedə bilməz.
- Sizin ürəyinizdən keçən nədir?
- Ambisiyalı futbolçuyam və hər zaman uğur qazanmaq istəmişəm. Hazırda “Legiya”nın üzvüyəm, bu komandanın uğurları üçün çalışıram.
- Komandanızı dəyişəcəyinizi də istisna etmirsiz?
- Bəli, istisna eləmirəm. İndiki futbolda hər şey mümkündür.
- “Qarabağ”a dönmək ehtimalınız nə dərəcədə mümkün görünür?
- Hazırda belə bir ehtimal yoxdur. Mən millinin düşərgəsində olanda da zaman tapdıqca “Qarabağ”ın bazasına gedirdim, Qurban Qurbanovla görüşürdüm. Bu mənim bir növ borcumdur. Bir daha vurğulayım ki, müqavilə ilə “Legiya”ya məxsusam. Nəyin necə olacağını zaman göstərəcək (apasport.az).
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı