“Səbail”in hücumçusu Nikolas Raysel klubun rəsmi saytına müsahibə verib.
- “Sumqayıt”la oyundakı məlum epizodda nə baş vermişdi?
- Həmin epizoddan təxmini bir dəqiqə əvvəl həmin oyunçu mənə qarşı kobud oynadı. Lakin bunu unudaraq, oyuna davam etdim. Qırmızı vərəqə aldığım epizoddan öncə isə o, məndən arxada idi. Haqqımda aqressiv danışa-danışa qaçaraq yaxınlaşdığını hiss etdim və dərhal döndüm. Həmin an təbii ki, rəqibə zərbə vurmaq istəmirdim. Sadəcə refleks olaraq başımı qabağa etdim və elə göründü ki, mən onu vurmaq istəyirəm. Özünümüdafiə hissi ilə başımı qabağa etdim ki, aramızdakı məsafəni nizamlayım.
- Artıq cəzan bitib. Növbəti tur komandaya dəstək ola biləcəksən. Bəs bu fasiləni necə dəyərləndirdin?
- Təbii ki, mövsümün ən vacib hissəsində dörd oyun buraxmaq mənim üçün itkidir. Komandama kömək edə bilmədiyimə görə məyusam. Dörd həftəni ikiqat məşq etdim, özümü formada saxladım. İnanıram ki, növbəti oyunlarda gücümü göstərə biləcəm. Diskvalifikasiya bitdiyinə görə çox xoşbəxtəm. Keçən həftə “Səbail”in əvəzedici heyətində oynadım, hətta qol vurdum. Dörd həftədən sonra yenidən meydana qayıtmaq mənim üçün vacib idi. Formada olduğuma görə fasilə çətinlik yaratmadı. Komanda ilə birlikdə Azərbaycan Kubokunda “Zaqatala” və Premyer Liqada qış fasiləsindən öncəki “Sabah”la oyuna hazırlaşırıq. Həmin oyunlarda komandaya kömək edə biləcəyim üçün sevincliyəm.
- Qış fasiləsi üçün planların varmı?
- Qış fasiləsində Fransaya qayıtmaq istəyirəm. Ailəm, doğmalarım və dostlarımla vaxt keçirmək istəyirəm.
- Komanda yoldaşlarınla münasibətin necədir? Yaxın ünsiyyətdə olduqların varmı?
- “Səbail”də olmaqdan çox məmnunam. Komanda yoldaşlarımla münasibətlərimiz çox yaxşıdır. Daha çox Domantas Şimkus, Məhəmməd Mirzəbəyov, Camal Araqo, Mirsayib Abbasov, Yurgen Qoxa ilə vaxt keçirirəm.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir