“Mən “Bakı”nın hazırkı çıxışını biabırçılıq kimi dəyərləndirirəm. Klubun tərkibində 3 komandalıq futbolçu var. Amma “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku”nda, UEFA Kubokundan sonra Unibank Premyer Liqasında da biabırçı çıxış edirlər”. Qol.Az-ın məlumatına görə, bu fikirləri Lent.az-a açıqlamasında “Bakı” klubunun sabiq vitse-prezidenti Nail Əliyev deyib.
Onun sözlərinə görə, uğursuz nəticələrlə əlaqədar futbolçular, məşqçilər və transferləri həyata keçirən klub rəsmiləri tam tərkibdə “Bakı”dan qovulmalıdırlar. Əliyev yayda alınan legionerlərin bəzilərinin tibbi müayinədən keçirilmədiyini də vurğulayıb: “Joel Epalleni yüz faiz tibbi müayinədən keçirməyiblər. Belə olmasaydı, “Bakı”ya gələndən az sonra Almaniyaya əməliyyat olunmağa yollanmazdı. Digər legionerləri də tibbi müayinədən keçirməyiblər”.
Sabiq klub rəsmisi, həmçinin UEFA Kubokunun II təsnifat mərhələsində “Bakı”nın 0:3 hesablı texniki məğlubiyyət üzündən Çernoqoriyanın “Buduçnost” komandasına uduzmasına münasibət bildirib: “Buduçnost”un cəmi 800 min avro büdcəsi var. Halbuki təkcə “Bakı”nın kamerunlu legioneri Joel Epallenin qiyməti elə bu qədərdir. “Bakı” öz meydançasında “Buduçnost”a 5, səfərdə isə 3 qol vurmalı idi”.
Əliyevin fikrincə, klub rəhbərliyi uğursuz çıxışın səbəblərini araşdırmalı, cavabdeh şəxslərdən izahat istənilməlidir.
Qeyd edək ki, “Bakı” Unibank Premyer Liqasında I dövrəni 12 xalla 8-ci pillədə başa vurub.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir