“Omoniya”nın baş məşqçisi Henninq Berq Konfrans Liqasının qrup mərhələsinin V turu çərçivəsində sabah “Qarabağ”la səfər oyunu öncəsi mətbuat konfransı keçirib.
- Sabahkı oyun bizim üçün təcrübə və inkişaf baxımından çox önəmlidir. Meydanda bütün bacarığımızı ortaya qoyacağıq və ən yaxşı nəticəni qazanmağa çalışacağıq.
- İlk oyunla müqayisədə komandada nəsə dəyişibmi və evdəki 1:4 hesablı məğlubiyyət futbolçulara əlavə motivasiya olacaqmı?
- Bizim əlavə motivasiyaya ehtiyacımız yoxdur. Çox güclü azarkeş dəstəyimiz var. Hansısa hesab motivasiyaya təsir etməməlidir. İlk oyunun birinci hissəsini avrokuboklarda keçirdiyimiz ən yaxşı 45 dəqiqə sayıram. İkinci hissədə ikinci qolu buraxdıqdan sonra motivasiyamız düşdü. "Qarabağ"ın kifayət qədər avrokubok təcrübəsi var, onların qrupdan çıxdığını bilirik. Sabah qapalı oyuna üstünlük verəcəyik. Rəqibin təcrübəli və güclü olmasını vurğulamalıyam.
- Həftəsonu çempionatda vacib oyun var. Sabahkı görüşü çempionat matçına hazırlıq kimi dəyərləndirmək olar?
- Bizim üçün hər oyun vacibdir. Daha öncə Konfrans Liqasında qrupa düşməyi hədəf qoymuşduq, bunu bacardıq. Təbii ki, nisbətən çempionata daha çox üstünlük verəcəyik. Amma sabah da ən yaxşı oyunumuzu göstərib qələbə qazanmaq istəyirik. "Bazel"lə qarşılaşmada da qələbə qazana bilərdik. Əlimizdəki oyunçular çox yaxşıdır, uğurlu nəticə üçün imkan verir. "Qarabağ" isə "Bazel"dən keyfiyyət baxımından üstündür. Ancaq əsas diqqət çempionata yönələcək.
- "Bazel"lə matçda olduğu kimi, sabah da heyətdə çox dəyişiklik olacaq?
- Bunu sabah biləcəyik. İndidən dəyişiklik olub-olmayacağını deyə bilmərəm. Hazırkı məqsədimiz qrupda daha çox xal toplamaqdır. Həmişə daha yaxşı olmağa çalışırıq. Həm futbolçu, həm də məşqçi heyəti daim üzərində işləyir, inkişaf edir.
- Fuad Baçirou və Fabiano sabahkı oyuna yetişəcək?
- Onların sabahkı matça yetişməsi sual altındadır. Amma indiki duruma əsasən deyə bilərəm ki, gələn həftənin birinci günündən komandaya qoşula biləcəklər.
- Azərbaycan və Kipr çempionatını müqayisə edə bilərsiniz?
- Kipr və Azərbaycan çempionatlarını müqayisə edə bilmərəm. Amma əminliklə deyə bilərəm ki, "Qarabağ" Kipr çempionatında titullar uğrunda mübarizə apara bilər. Komandada bu gücü görürəm. Həmişə hücum futbolu oynayırlar, çox güclü ön xətt oyunçuları var.
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"