AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin Türkiyə yığması üzərində minimal hesablı qələbəsi hələ də müzakirə edilməkdədir. Qol.Az-ın məlumatına görə, İngiltərənin “Çelsi” klubunun bazasına gedən Türkiyə yığmasının baş məşqçisi Quus Hiddink London təmsilçisinin rəsmi saytına verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib: “ Biz qrup mərhələsinə çox yaxşı başlamışdıq. Qazaxıstan və Belçika yığmalarını məğlub etdikdən sonra iki çətin səfər oyununa yollandıq. Çox təəssüf ki, hər iki oyunda olduqca zəif çıxış etdik. Təbii ki, Almaniyada maksimum nəticə əldə etmək istəyirdik. Lakin almanlar buna imkan vermədilər. Əlbəttə ki, onlara məğlubiyyətimiz heç də təəccüblü deyildi. Lakin Azərbaycanda xal itirməyimiz isə hamı üçün gözlənilməz oldu. Düşünürəm ki, burada əsas günahkar özümüz idik. Bakıdakı oyunda az qol şansı yaratdıq və onları da reallaşdıra bilmədik. Nəticədə isə rəqib künc zərbəsindən sonra hesabı açdı. Nədənsə, son oyunlarımız çox pis alındı. Ancaq bu heç də yolun sonu demək deyil”.
Bununla yanaşı, Almaniya millisinə də öz münasibətini bildirən hollandiyalı mütəxəsis daha sonra bunları deyib: “ Almanlar həmişə olduğu kimi, bu dəfə də qrupun əsas favoritidir. Lakin mən onların ötən ilki oyunlarını daha çox bəyənirdim. Həmin vaxt onların heyətində təcrübəli futbolçular daha çox idi. Hazırda isə Almaniya yığmasında bir sıra gənc futbolçular çıxış edir ki, bu da normal qarşılanmalıdır. İnanıram ki, almanlar yenə də qrup birincisi olacaqlar”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər